Xəbər lenti

Whatsapp və Skype-da yazışmalar izlənəcək
Ekonomiks18:40 08.07.2014

Whatsapp və Skype-da yazışmalar izlənəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ədalət və İnkişaf Partiyasının (AKP) internet qorxusu davam edir. 

Anspress-in məlumatına görə, Türkiyədə bütün internet sahəsini əlində cəmləyən Türk Telekom şirkəti yeni reallaşdırdığı layihə ilə bütün elektron qurğulara nəzarət imkanı əldə edəcək. Bu iddiadan sonra Türkiyənin qabaqda gələn informasiya qeyri-hökumət təşkilatları ortaq bir məlumat nəşr edib. Məlumatda "Sistem bütün bu xidmətləri izləyə biləcək, istədiyi kimi manipulyasiya edə biləcək və maneə törədə biləcək qabiliyyətə sahib olacaq",-deyə bildirilib. 

Yeni sistem vasitəsi ilə Türk Telekom Whatsapp və Skype kimi proqramlardakı yazışmaları, internet səhifələrini analiz edəcək, yavaşladacaq və lazım olarsa blok edəcək. 

İnformasiya qeyri-hökumət təşkilatları iddia edir ki, şirkət Türkiyə Konsitutsiyasının qanunlarını kobud şəkildə pozur. Məlumatda bildirilir ki, bu hal qanunsuzdur və yolverilməzdir.

Qaynar.info