Dünayaca məşhur sosial şəbəkələrdən olan "WhatsApp" daha bir yenilik edib.
Qaynarinfo xəbər verir ki, "WhatsApp" istifadəçiləri artıq səsli mesaj göndərməzdən əvvəl səsi dinləyə biləcəklər. Bununla bağlı şirkətin Twitter hesabında yazılıb:
"İndi "Göndər" düyməsini vurmazdan əvvəl səsli mesajınızı əvvəlcədən dinləyə bilərsiniz.
"WhatsApp" "Meta" şirkətinə məxsus proqramdır və mesajlar, zənglər, fotoşəkillər, videolar, sənədlər və səsli mesajlar göndərməyə və qəbul etməyə imkan verir.