Xəbər lenti

“WhatsApp”da qrup zənglərində yenilik
Texnologiya16:17 07.02.2018

“WhatsApp”da qrup zənglərində yenilik

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Facebook” şirkətinə məxsus olan "WhatsApp” ani mesajlaşma xidmətinin yeni beta-versiyasında istifadəçilərə qrup zənglərinə öz kontakt siyahılarından 3 nəfər əlavə etməyə imkan veriləcək.
Qaynarinfo ICTnews-a istinadən xəbər verir ki, beləliklə, qrup zənglərində eyni anda sözügedən messencerin 5 istifadəçisi iştirak edə biləcək.
İstifadəçi qrup zənginə öz kontakt siyahısından daha 3 nəfəri əlavə etmək üçün ekranın sağ yuxarı küncündə yerləşən ikonkanın üzərinə sıxmalıdır.
Sözügedən funksiya tezliklə geniş istifadəçi kütləsinə əlçatan olacaq.