Xəbər lenti

"WhatsApp"ın qurucusu: "İstifadəçilərin məlumatlarını satdım"
Texnologiya12:33 28.09.2018

"WhatsApp"ın qurucusu: "İstifadəçilərin məlumatlarını satdım"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"WhatsApp" sosail şəbəkəsinin yaradıcılarından olan Brayn Aktn sosial şəbəkəni "Facebook"a satmasından danışıb.
Qaynarinfo xəbər verir ki, IT mütəxəssisi şirkətlə birlikdə istifadəçilərin məlumatlarını satdığını bildirib: 
 
"O gün şirkətlə birlikdə həm də istifadəçilərin məlumatlarını satdım, bu qərarın hər gün yaratdığı yüklə yaşayıram".
2009-cu ildə yaradılmış "WhatsApp"ın qurucularından olan Aktn 2014-cü ildə sosial şəbəkəni "Facebook"a 19 milyard dollar qarşılığında satıb.
Qeyd edək ki, bir müddət əvvəl "Facebook"un istifadəçi məlumatlarını "Cambridge Analytica" şirkətinə satması barədə informasiya yayılmış və bu, böyük səs-küyə səbəb olmuşdu. Brayn Aktn o dövrdə "#DeleteFacebook" ("Facebook"u sil) kampaniyasına dəstək vermişdi.
Gülşən