Sənət 12:38 14.12.2019

“Xaç atası”nın məhşur aktyoru vəfat etdi (VİDEO)

Frensis Ford Koppolanın rejissoru olduğu "Xaç atası-2" (The Godfather: Part 2, 1974) filmindəki Toni Rosato rolunu canlandıran amerikalı aktyor Denni Ayello həyatının 87-ci ilində ABŞ-da dünyasını dəyişib. 

Qaynarinfo xəbər verir ki, bu barədə cümə günü "The Hollywood Reporter” jurnalı aktyorun təmsilçisi Treysi Millerə istinadən məlumat yayıb.

Millerin dediyinə görə, Ayello cümə axşamı qısa sürən xəstəlikdən sonra vəfat edib. Aktyorun dörd övladı var.

Denni Ayello 20 iyun 1933-cü ildə Nyu Yorkda anadan olub. Film karyerası Ayello üçün olduqca gec başlayıb - onun iştirakı ilə ilk film 1972-ci ildə nümayiş olunub. Karyerasının yüksəlişi Ayellonun polis rəisi rolunu canlandırdığı "Bir zamanlar Amerikada” (1984) filmiylə başlayıb. Aktyor, həmçinin "Radio günləri" (Radio days, 1987) və "Qahirənin bənövşəyi gülü" (The Purple Rose of Cairo, 1985) filmlərində Vudi Allenlə işləmək də qismət olub.

1990-cı ildə Ayello Spayk Linin rejissoru olduğu "Necə lazımdı, elə” (Do the Right Thing, 1989) filmindəki roluna görə ən yaxşı dəstəkləyici plan aktyoru olaraq Oskar mükafatı alıb. 

Alpər