Xaçmaz rayonunda canavarlar təsərrüfata hücum edib.
Qaynarinfo ONA-ya istinadən xəbər verir ki, hadisə rayonun Bəbəli kəndində qeydə alınıb.
Yırtıcılar kənd sakini Rəhman Məmmədova məxsus 30 baş qoyunu parçalayıb. Onlardan 15-i tələf olub, 15-i isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisə yerinə Baytarlıq Nəzarəti Xidmətinin Xaçmaz rayon Baytarlıq İdarəsinin əməkdaşları cəlb olunub.