Xəbər lenti

Xaçmazda itkin düşmüş qızlardan xəbər var
Ölkə18:22 02.04.2014

Xaçmazda itkin düşmüş qızlardan xəbər var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xaçmazda itkin düşmüş məktəbli qızlar tapılıb.

 Bu barədə ANS PRESS-ə itkin düşmüş 7-ci sinif şagirdi Tağıyeva Jalə Bəxtiyar qızının dayısı Ənvər Məmmədov məlumat verib. Onun sözlərinə görə, Tağıyeva Jalə Bakıya əmisigilə gedib.
“Jalənin anası bir neçə gün qabaq Bakıya gedib. O da anasının yanına getmək üçün heç kimə heç nə demədən Bakıya gedib. 1200 manatı özü ilə götürməyib, sadəcə pulun yerini dəyişdirib. 1200 manatdan ancaq 10 manat götürüb. Bakıdan qızın əmisi zəng edərək dedi ki, Jalə burdadır”, - deyə Ənvər Məmmədov bildirib.

****

 Xaçmaz rayonunda iki məktəbli itkin düşüb.

Xaçmaz Rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, Xaçmaz şəhər 1 saylı orta məktəb şagirdləri 2001-ci il təvəllüdlü Tağıyeva Jalə Bəxtiyar qızı və Arzu Cəlilova günorta saatlarından dərsdən çıxdıqdan sonra evə qayıtmayıblar.
 
Hər iki məktəblinin tapılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.

Qaynar.info