Xalq artisti Könül Xasıyeva ağır günlər yaşayır.
Qaynar.info axşam.az-a istinadən xəbər verir ki, muğam ifaçısı bu haqda "Star life" verilişinə açıqlamasında deyib. O, böyük bir sınaq qarşısında olduğunu bildirib:
"Elə bir sınaq qarşısındayam ki... Onu həyatım boyu dilimə gətirmərəm. Tək ümidim Allahadır. İnşallah bu işdə də mənə yardım edər. 1 ay müddətinə buradan gedəcəm. İnşallah gedib, sevinə-sevinə geri gələrəm. Bu heç bir acıya, sınağa bənzəməyən bir işdir".
Qaynar.info