Xəbər lenti

Xalq artisti Elçin Əzizov “BraVo” mükafatına layiq görülüb
Sənət04:38 30.04.2022

Xalq artisti Elçin Əzizov “BraVo” mükafatına layiq görülüb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın Xalq artisti, Rusiya Böyük teatrının solisti Elçin Əzizov "BraVo” mükafatına layiq görülüb.
Qaynarinfo AZƏRTAC-a istinadla xəbər verir ki, "BraVo” Beynəlxalq Peşəkar Musiqi mükafatının builki laureatlarına qızılı not açarı təqdim olunub.
Mükafatın təntənəli təqdimat mərasiminin aprelin 24-də Böyük teatrda keçirilməsi nəzərdə tutulmuşdu. Lakin mərasim sonradan təxirə salınıb və mükafatları onlayn formatda təqdim etmək qərara alınıb.
Elçin Əzizov klassik səhnənin ən populyar nümayəndələrindən biri kimi mükafata layiq görülüb.
Laureatlar arasında Rusiya, Belarus, Çin, Türkiyə, Misir və digər ölkələrin təmsilçiləri var.