Xəbər lenti

Xalq artisti Eldar Quliyev dəfn olundu
Sənət11:12 18.04.2021

Xalq artisti Eldar Quliyev dəfn olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyev dəfn olunub.
"Report" xəbər verir ki, Xalq artisti vəsiyyətinə uyğun olaraq Bakı şəhərindəki "Qurd qapısı” qəbiristanlığında, həyat yoldaşının məzarının yanında torpağa tapşırılıb.
Dəfn mərasimində mərhumun ailəsi, sənət yoldaşları və Mədəniyyət Nazirliyinin nümayəndələri iştirak edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva dəfn mərasimi üçün əklil göndərib.
Eldar Quliyev aprelin 16-da 80 yaşında vəfat edib.