Xəbər lenti

Xalq artisti: “Evimdə şəhid var, ad günü keçirməyəcəyəm”
Sənət07:06 01.10.2021

Xalq artisti: “Evimdə şəhid var, ad günü keçirməyəcəyəm”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Həsrətimiz sona çatıb. Bu gün rahat şəkildə Qarabağa gedib-gəliriksə mənim üçün ən böyük xöşbəxtlik budur”.
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti, tanınmış muğam ifaçısı Mənsum İbrahimov deyib. 60 yaşlı sənətkarın ən böyük arzusu Qarabağda keçiriləcək böyük tədbirdlərdə iştirak etməkdir:
"İnsanlar Qarabağa qayıdacaq, orada böyük festivallar keçiriləcək. Qarabağın şöhrətini özünə qaytaracağıq. Zəfər çalmış bir dövlət, millətik, Qarabağımız, bütün torpaqlarımız azaddır. Şəhidlərin ruhu qarşısında baş əyirik. Ali Baş Komandanımıza, ordumuza təşəkkür edirik ki, belə bir zəfəri bizə yaşadıblar”.
Yubliyar ad gününü keçirməyəcəyini deyir:
"Mənim evimdə şəhid var. Bundan əlavə şəhidlərin il mərasimləri var. Ad günü keçirməyəcəyəm. Ad günü bir doğum tarixidir”.
Bahar Rüstəmli