Xəbər lenti

Xalq artisti Gəncədə dəfn ediləcək
Ölkə07:48 20.11.2016

Xalq artisti Gəncədə dəfn ediləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xalq artisti, dirijor Nəriman Əzimov bu gün Gəncədə dəfn ediləcək.

Qaynarinfo.Az bildirir ki, bu barədə APA-ya "Mədəniyyət" kanalının direktoru Ramil Qasımov verib.

R. Qasımov bildirib ki, N. Əzimov öz vəsiyyətinə uyğun olaraq anasının məzarının yanında torpağa tapşırılacaq. N. Əzimovla vida mərasimi bu gün saat 12.00-da Yeni Yasamal 1 ünvanındakı evində olacaq.

Qeyd edək ki, 80 yaşlı N.Əzimov uzun sürən xəstəlikdən sonra noyabrın 19-da vəfat edib.  Prezident təqaüdçüsü olan N. Əzimov uzun müddət Səid Rüstəmov adına Azərbaycan Dövlət xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsində çalışıb. 

Qaynarinfo.Az