Xəbər lenti

Xalq artisti: "Kino Agentliyi müstəqil fəaliyyət göstərməlidir"
Sənət08:16 02.11.2022

Xalq artisti: "Kino Agentliyi müstəqil fəaliyyət göstərməlidir"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Kino şöbəsi Mədəniyyət Nazirliyinin tərkibindən çıxardılmalı, ayrıca qurum olmalıdır”.
Bu fikirləri Qaynarinfo-ya açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev deyib. Sədrin sözlərinə görə, məsələ ilə bağlı təkliflər hazırlanıb və aidiyyatı qurumla təqdim edilib: 
"Prezidentin fərmanı var, Mədəniyyət Nazirliyinin tabeliyində "Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxs yaradılır. Amma təəssüf edirəm ki, bu Mədəniyyət Nazirliyinin nəzdində yaradılacaq. Biz istəyirik ki, kino şöbəsi Mədəniyyət Nazirliyinin tabeliyindən ayrılsın”. 
Rasim Balayev hesab edir ki, "Kino Agentliyi” müstəqil fəaliyyət göstərməlidir: "Əgər bu agentlik Mədəniyyət Nazirliyinin nəzdində olarsa, vəziyyətdə heç bir dəyişiklik olmayacaq”.
Bahar Rüstəmli