"Bizə nə təmtəraqlı Yeni il bayramı, nə də ad günləri keçirmək yaraşar".
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Mənsum İbrahimov karantin qaydalarını pozan 187 saylı məktəbin direktoru Nailə Məmmədovanın ad günündə qonaqları əyləndirən Əməkdar artist Mətanət İsgəndərlidən danışarkən deyib. Xanəndə hesab edir ki, hamı kimi sənət adamları da şəhidlərin ruhuna hörmət etməlidir:
"Bu il ölkəmiz böyük zəfər qazanıb və Qarabağımıza qovuşmuşuq. Amma bu qələbə 3 min igid şəhidimizin qanı bahasına olub. Ona görə hamımız onların ruhunun qarşısında borcluyuq".
Qeyd edək ki, sosial şəbəkələrdə 187 saylı tam orta məktəbin direktoru Nailə Məmmədovanın karantin qaydalarını pozaraq özünə ad günü məclisi təşkil etmsi barədə görüntülər yayılıb. Onun bu hərəkəti ictimai qınağa səbəb olub.
Xüsusi karantin rejimi qaydalarını kobud şəkildə pozaraq özünə ad günün keçirən məktəb direktorunun şad günündə Əməkdar artist Mətanət İsgəndərli də iştirak edib.
Bahar Rüstəmli