Xəbər lenti

Xalq artisti müalicə üçün Bakıya gətirildi
Sənət13:01 20.07.2023

Xalq artisti müalicə üçün Bakıya gətirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xalq artisti Şahnaz Haşımova bu gün Gəncədəki müalicə aldığı xəstəxanadan Bakıya gətirilib.
Bunu APA-ya açıqlamasında sənətçinin bacısı Əməkdar artist Aybəniz Haşımova deyib.
Onun sözlərinə gərə, Xalq artisti hazırda Mərkəzi Gömrük Hospitalında müalicəsini davam etdirir: "Hazırda vəziyyəti yaxşıdır. Palatadadır. Təzyiq və qanla bağlı problemi var idi. Belə məsləhət oldu ki, müalicəsi Bakıda davam etdirilsin, ona görə də gətirdik".
Xatırladaq ki, Xalq artisti Şahnaz Haşımova dünən səhhətində yaranan problemlə bağlı xəstəxanaya yerləşdirilib.