
Bir müddətdir ki, küsülü olan iki məşhur Nisə Qasımova və Namiq Qaraçuxurlu barışığa imza atıb.
Qaynarinfo.az xəbər verib ki, tez inciyən və küsən xalq artisti Nisə Qasımova Namiqlə çox xırda bir məsələyə görə danışmırmış. Lakin Nisə Qasımova Namiqi daima özünə oğul olaraq gördüyünü açıqladı:
“Namiqə böyük hörmətim var. Çünki onun həm gözəl səsi və həm də sənəti var. Sadəcə mən tez küsəyən birisiyəm. Yəni bir də gördün xırda məsələyə görə küsdüm. Namiq ailəmin üzvüdür, onu öz oğlum olaraq qəbul etmişəm. Hətta aramızı vurmaq istəyənlər də çox olub.Amma artıq hər şey yaxşıdır, onların bu istəyi alınmadı.”
Qaynarinfo.az

