"Pandemiya qonaq getməyi , qonaq qəbul etməyi məsləhət görmür”.
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti, Sumqayıt Dövlət Musiqili Dram Teatrının sabiq aktyoru Məzahir Süleymanov deyib.
Aktyor bildirib ki, pandemiya dövründə Sumqayıt şəhər İcra Hakimiyyətindən onunla maraqlanan olmayıb:
"Bir neçə gün bundan əvvəl "evdə qal" kampaniyasına aid olan reklam çəklişinə dəvət aldım və DİN-in icazəsi ilə gedib Bakıda çəkildim. Hələ ki, ekranlara çıxmayıb. Onlar dünyanın düz vaxtında, yəni 75 yaşım tamam olanda məni yada salmadılar, indi, bu qarma-qarışıq vaxtda yada salacaqlar?”
Bahar Rüstəmli