Xəbər lenti

Xalq artisti: "Prezidentin hədiyyəsi sürpriz oldu, indi zəng-zəngə calanıb"
Sənət08:05 28.02.2022

Xalq artisti: "Prezidentin hədiyyəsi sürpriz oldu, indi zəng-zəngə calanıb"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Mənim üçün gözlənilməz oldu, doğrudan da böyük hədiyyədir”.
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Eldar Mansurov Prezident İlham Əliyevin onunla bağlı imzalanan sərəncamından danışarkən deyib. Bəstəkar Şərəf ordeni ilə təltif olunması bağlı Prezidentə və Birinci vitse-prezidentə təşəkkür edib:
"Sağ olsunlar, Prezidentə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdaram. Mənim yaradıcılığıma qiymət veriblər. Onlar başda olmaqla yaradıcılığıma qiymət verən bütün Azərbaycan xalqına münnətdaram. Səhərdən telefonum susmaq bilmir, zəng-zəngə çalanıb. Doğrudan da çox xoş oldu, hamıya təşəkkür edirəm”.
Eldar Mansurov deyir ki, bütün yaradıcılığını Azərbaycana həsr edib:
"Azərbaycan hökumətini, dövlətini, ümumiyyətlə, Azərbaycanı həmişə uca tutub, yaradıcılığımı da vətənə həsr etmişəm. Mənim əsas yaradıcılığım vətənlə bağlıdır. 70 yaş… Yaş haqqında danışmaq çətindir. Adam bilmir nə desin, hər halda bu ömrü mənalı yaşmağa çalışmışam. Belə bir gündə də qəfildən eşitdim ki, Prezident məni Şərəf ordeni ilə təltif edib, bu mənim əməyimə verilən qiymətdir. Sevinirəm”.
Qeyd edək ki, Prezident İlham Əliyev Xalq artisti Eldar Mansurovu 70 yaşı ilə əlaqədar Şöhrət ordeni ilə təltif edib.
Bahar Rüstəmli