Xəbər lenti

Xalq artisti Türkiyədən gələn təklifdən imtina etdi - SƏBƏB
Maqazin13:36 13.03.2016

Xalq artisti Türkiyədən gələn təklifdən imtina etdi - SƏBƏB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xalq artisti Məleykə Əsədova türkiyəli ifaçı Muazzez Ərsoyla dostluğundan danışıb. Axsam.az xəbər verir ki, o, müğənninin ona "Bəbək üzlü" deyə müraciət etməsi ilə bağlı sualları cavablandırıb:
"Hamının sənətinə hörmətim var. Onun köməkçisi azərbaycanlıdır. Mənlə görüşəndə xarici görkəmim haqqında gözəl fikirlər söyləyir. Mənə "barbi bəbək" deyir. Mənə Türkiyədə hər zaman belə deyirlər. Bu da cizgilərimin incə olmasından irəli gəlir".
M.Əsədova Türkiyədən aldığı təkliflərdən danışıb: "Eşqin bədəli" filminin kastinqi zamanı mənə də zəng vurmuşdular. Qızımla birlikdə orada çəkilməyə dəvət etdilər. Birincisi, Gülər dərsə gedir. İkincisi isə ssenarini əvvəlcədən istədim. Onlara isə təcili aktrisa lazım idi. Tələsik heç nəyə razı olmazdım. Mən öz sənətimə çox hörmət edirəm. Öz dəyərimizi göstərmək istədim və imtina etdim".
Aktrisa seriallara dəvət aldığını və razılaşmamasının səbəbini açıqlayıb: "Deməmişəm ki, heç vaxt çəkilmərəm. Aktrisayam, çəkilmək arzusundayam. Seriallarımız da çox inkişaf edir. Sadəcə, canlandıracağım obrazda özümü tapmalıyam. Həm əsər, həm rejissor və aktyor işi, həm də aktyor heyəti gözəl olmalıdır. İnşallah mənə də uyğun obraz olacaq. Təkliflər alıram. Ssenariləri oxuyuram. Obraz xoşuma gəlmir. Biz sənət fədaisiyik. Mənim istədiyim obraz da olacaq. İnanıram ki, onun da vaxtı gələcək. Bütün tamaşaçılar da ona sevə-sevə baxacaq".
Qaynar.info