Xəbər lenti

Xalq artisti vəfat etdi
Ölkə08:17 25.04.2016

Xalq artisti vəfat etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Moskva Satira Teatrının aktrisası, RSFSR-in xalq artisti Nina Arxipova dünyasını dəyişib.

Qaynarinfo.az report-a istinadən bildirir ki, bu barədə Moskva Satira Teatrının direktoru Məmməd Ağayev deyib.

Aktrisa ilə vida mərasimi aprelin 27-də Satira Teatrında keçiriləcək.

Xatırladaq ki, 95 yaşlı aktrisa 65 il Moskva Satira Teatrında çalışıb. Teatrın səhnəsində 100-dən çox obraz canlandırıb.

Nina Arxipova 1943-1951-ci illərdə Vaxtanqov adına Teatrda çalışıb.

Tamaşaçılar akrtisanı ikinci dərəcəli rolların mahir ifaçısı kimi tanıyıb. Nina Arxipovaya şöhrət gətirən rolu 1974-cü ildə "Oyan və oxu" televiziya tamaşasında ifa etdiyi obraz olub.

Nina Arxipova "Yeralaj" kinojurnalında maraqlı obrazlar ifa edib.

Qeyd edək ki, mayın 1-də Moskva Satira Teatrı Nina Arxipovanın 95 illik yubileyi münasibətilə tədbir keçirməliydi.

Qaynarinfo.az