Xəbər lenti

Xalq artisti xəstəxanaya yerləşdirildi
Sənət11:39 02.09.2016

Xalq artisti xəstəxanaya yerləşdirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xalq artisti Muxtar Maniyev xəstəxanaya yerləşdirilib. Bu barədə M. Maniyevin həyat yoldaşı Nəsibə Maniyeva məlumat verib. 
Onun sözlərinə görə, sentyabrın 2-də xalq artistinin səhhəti qəfil pisləşib və onu Bakı Sağlamlıq Mərkəzinin Reanimasiya Şöbəsinə yerləşdiriblər. M. Maniyevin vəziyyəti orta-ağır qiymətləndirilir.
Qeyd edək ki, M. Maniyev şəkərli diabetdən əziyyət çəkir. 2015-ci il avqustun 11-də xalq artistinin sol ayağı, bu ilin martın 15-də isə sağ ayağı Elmi Cərrahiyyə Mərkəzində amputasiya edilib. Xalq artisti M. Maniyev 1935-ci ildə Bakıda anadan olub. O, 150-dən çox Azərbaycan filmində müxtəlif dərəcəli rollar oynayıb. (APA)
Qaynarinfo.Az