"Baş verən hadisəni qan düşmənçiliyinə çevirməsinlər. Qanı qanla deyil, su ilə yuyarlar”.
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Əbdül Mahmudbəyov meyxana ifaçısı Rəşad Dağlının törətdiyi cinayətdən danışarkən deyib. Əbdül Mahmudov Rəşad Dağlını tanımadığını deyir:
"Meyxana yarışması keçiriləndə bunların heç biri meyxana aləmində yox idi. Hadisə arzuolunan deyil. Amma baş verən hadisələri qabaqlamaq da lazım deyil, istintaqın nəticəsi bəlli olandan sonra bununla bağlı fikir demək olar. Burada olay şəxsi zəmində baş verib. Şəxsi münasibət ikisinin arasında olub. Fakt odur ki, cavan bir oğlan öldü, ikinci bir cavan isə karyerası ilə yanaşı həyatını bitirdi. Bu olmamalı və yaşanmamalıdır. Çox təəssüflər olsun”.
Xalq artisti, Rəşad Dağlı olayının düşmənçiliyə çevirilməməsini arzulayıb.
Qeyd edək ki, meyxanaçı Rəşad Dağlı 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi qətlə yetirib. Hadisəni törədən meyxana ifaçısı Yasamal rayonu Polis İdarəsinə gələrək təslim olub və qətli törətdiyini etiraf edib.
Bahar Rüstəmli
Şərhlər