Xəbər lenti

Xalq artistindən rəsmilərə çağırış: "Görəsən nə vaxta kimi..."
Sənət17:50 21.03.2020

Xalq artistindən rəsmilərə çağırış: "Görəsən nə vaxta kimi..."

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktrisası Naibə Allahverdiyeva aidiyyatı qurumlara çağırış edib.
Qaynarinfo xəbər verir ki, aktrisa supermarket şəbəkələri və dükan sahiblərinə səslənərək qablaşdırılmamış çörəyin satışının dayandırılmasını tələb edib:
"Görəsən biz nə vaxta kimi belə məsuliyyətsiz olacağıq? Supermarketlərdə hamı bir-birinin ağzına girir. Əlini burnuna toxundurub çörəyə vururlar. Alıçılar hər şeyə toxunurlar. Özü də əlcəksiz və maskasız... Mütləqdirmi insanlar gözünüzün qarşısında yıxılb ölsün, sonra ağıllanaq? Müsəlmanın sonrakı ağlı".
Qeyd edək ki, qablaşdırılmamış çörəklərlə bağlı iki həftə öncə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə əlaqə saxladıq. Amma dəfələrlə cəhd etsək də, qurumdan bununla bağlı hər hansı açıqlama ala bilmədik.
Bahar Rüstəmli