Xalq artisti, Azərbaycan Dövlət Pantomima Teatrının baş rejissoru Bəxtiyar Xanızadəyə ağır itki üz verib.
Qaynarinfo xəbər verir ki, sənətçinin həyat yoldaşı Afət Xanızadə vəfat edib. O, dünən uzunsürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.
Allah rəhmət eləsin!
Qeyd edək ki, Afət Xanızadə pedaqoji fəaliyyətlə məşğul olub.