Xəbər lenti

Xalq artistini maşın vurub: dəhşətli qəzanın təfərrüatı (VİDEO)
Maqazin12:08 13.06.2018

Xalq artistini maşın vurub: dəhşətli qəzanın təfərrüatı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xalq artisti, tanınmış aktrisa Fatma Mahmudova ölümdən dönüb.
Qaynarinfo xəbər verir ki, aktrisa ağır qəza keçirib, onu maşın vurub. F.Mahmudova bu barədə ARB-nin "Səhər-səhər” verilişində qonaq olarkən deyib:
"Çox ağır qəzada ölümdən döndüm. Allah mənə kömək oldu”.
Verilişin aparıcısı Elgiz də aktrisanın qəzadan sonrakı görkəmi barədə danışıb:
"10 gün əvvəl bir məclisdəydim. Fatma xanım gəldi, ay Allah nə gündəydi, dəli oldum. Dedim bu qadına nə olub görəsən? Ağır qəza keçirmişdi, sürünə-sürünə də olsa, məclisə gəldi. Nə olmuşdu, maşın vurmuşdu sizi”.
Aktrisa bu barədə danışmaq istəmədiyini bildirib: "Danışmaq istəmirəm, guya danışanda nə olacaq ki? Əsas Allahdır. Yetimə gəl-gəl deyən çox olar, çörək verən az. Bu yaxınlarda ağır əməliyyat olundum, başıma bu iş gəldi. Mən belə şeylərlə reklam olunmaq istəmirəm”.