Xəbər lenti

Xalq artistinin oğlu Ramiz Məliki hədələdi: "Səni yox edərdim..."
Maqazin06:51 06.12.2017

Xalq artistinin oğlu Ramiz Məliki hədələdi: "Səni yox edərdim..."

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xalq artisti Ramiz Novruzun oğlu, aktyor Cavidan Novruz sosial şəbəkə vasitəsilə digər Xalq artisti Ramiz Məlikin "Ramiz Novruzu 3 illik həbs etdirərdim, amma mən onu bağışladım” sözlərinə cavab verib.
Qaynarinfo Oxu.Az-a istinadən xəbər verir ki, o, R.Məliki sərt tənqid edib və hədələyib.
Ramiz Məlik
"Sən kimsən Ramiz Novruzu bağışlayasan? Hələ bir 3 illik həbs etdirəsən... Sən Ramiz Novruzu 3 illik tutdursaydın, onun oğulları səni yaşatmazdı. Ramiz Novruz səndən fərqli olaraq, nəvə-nəticə yiyəsidir, şərəflə hörmətini qoruyur. Bir ayağınız gorda ola-ola oturub yaşınıza uyğun olmayan şərhlər yazırsınız. Müdrik olmağı bacarmadınız. O teatrda sənin kimi bir-iki nəfər var ki, heç vaxt Ramiz Novruz, Fəxrəddin Manafov, Fuad Poladov, Rasim Balayev ola bilməyəcəksiniz. İşiniz teatrda insanların torbasını tikməkdir. Atamı 3 illik tutduracaqmış... Onun sonrasını düşün sən. Mənim caynağımdan qurtula biləcəkdin? Səni yox edərdim”, - deyə C.Novruz yazıb.
Xatırladaq ki, hazırda Xalq artisti Məleykə Əsədova ilə məhkəməlik olan Ramiz Məlik 2015-ci ildə Xalq artisti Ramiz Novruzla dava etmiş və həmkarı barəsində polisə şikayət ərizəsi yazmışdı.
Ramiz Novruz