Ekonomiks 12:16 06.12.2023

"Xalq Bank"ın sabiq İH üzvləri yeni vəzifəyə təyin olundu

Xəbər verdiyimiz kimi "Xalq Bank”ın İdarə Heyətinin iki üzvü - Kərim Quliyev və Röyam Hüseynzadə bu vəzifədən kənarlaşdırılıblar. Bu gün "Xalq Bank” bildirib ki, artıq yeni idarə heyəti təsdiq olunub.

Kamran Məcidov, Natella Şahverdiyeva, Rumiyə Məmmədova, Nigar Biləndərli, Nazim İbarhimov, Nəbi Nəbiyev hazırda "Xalq Bank”ın İdarə Heyətinin üzvləridir.

"Xalq Bank”dan Valyuta.az-a verilən məlumata görə, Kərim Quliyev və Röyam Hüseynzadə bankdan uzaqlaşmayıb. 

Onlar "Xalq Bank”da fəaliyyətə davam edəcəklər. Kərim Quliyev Əməliyyatlara Nəzarət İdarəsinin rəisi və Röyam Hüseynzadə Hüquq İdarəsinin rəisi vəzifəsinə təyin olunublar.