Xəbər lenti

"Xalq Cavanşir Məmmədovu toyuna dəvət etməklə zorakılığa dəstək vermiş olur..."
Sənət08:56 04.11.2021

"Xalq Cavanşir Məmmədovu toyuna dəvət etməklə zorakılığa dəstək vermiş olur..."

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Əgər Cavanşir Məmmədov belə bir fikir söyləyibsə, bu, zorakılığın təbliğ edilməsidir. Buna görə müğənni məsuliyyət daşıyır".
Bunu Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi Günel Səfərova Əməkdar artist Cavanşir Məmmədovun həyat yoldaşını döyməsi ilə bağlı etirafına münasibət bildirərkən deyib.
O bildirib ki, normal ölkələrdə zorakılığı təbliğ edən şəxslər məsuliyyətə cəlb olunurlar:
"Əminəm ki, bu ifadəsinə görə ona haqq qazandıranların da sayı az olmayacaq. Bu, zorakılığın və fiziki şiddətin etirafıdır. Mənfi tendensiyadır. Biz bilmirik ki, həmin vaxt hadisə necə olub, amma heç bir zorakılığın səbəbi olmamalıdır. Zorakılıq bütün dünyada var, amma bu cür tanınmış insanın belə bir etirafı da  başqa dərddir".
Günel Səfərova deyir ki, belə məsələlərdə cəmiyyət olaraq günahkarıq:
"Cavanşir Quliyevinin pulu xalqdan çıxır. Xalq onu toyuna, xeyir işinə dəvət edirsə, elə bilin ki, zorakılığı təbliğ edən insana dəstək verir. Əslində bu cür hadisələrdə biz də cəmiyyət olaraq günahkarıq ki, bunlar asanlıqla belə fikirləri söyləyirlər. Çox təəssüf edirəm ki, xalqın müğənnisi zorakılığı təbliğ edir".
Qeyd edək ki, Əməkdar artist Cavanşir Məmmədov ilk evləndiyi vaxtda həyat yoldaşını döydüyünü açıqlayıb. Müğənni "Elin sözü" verilişində "Gecə saat 3-ün yarısı evə gəldim. Toyumuzdan 1 həftə sonra idi. Qapını açanda dedi ki, adam da bu vaxt evə gələr? Deməyi ilə vurulmağı bir oldu. Özümdən asılı olmadı. Demirəm ki, düz etdim, izah etmək, başa salmaq lazım idi. Elə bir yerdən gəlirdim ki, hövsələm daraldı. Qadın deməlidir, şükür Allaha ki, sağ-salamat gəldi kişi. Qabağına bir stəkan çay qoyar, sonra deyər, nə var, nə yox, birtəhərsən. "Yoxsa bu vaxt adam evə gələr" nədir? Evimə gəlmisən mənə qanun qoymağa, yoxsa mənə ərə gəlmisən göstəriş verməyə?" - deyə bildirib.
Bahar Rüstəmli