Qırğızıstan
Prezidenti vəzifəsini icra edən Sadır Japarov sələfi Sooronbay Jeenbekova eks-prezident
statusu verib.
Qaynarinfoxəbər verir ki, bu, Jeenbekovun bir sıra imtiyazlar alması anlamına gəlir:
ömürlük dövlət müdafiəsi, prezident iqamətgahlarından birində yaşamaq hüququ,
xidməti avtomobildən istifadə hüququ və xüsusi klinikada pulsuz tibbi xidmət.
Ölkədə
baş verən son inqilabdan sonra Japarovun da rəhbərlik etdiyi hökumətin mətbuat
xidməti keçmiş dövlət başçısı "qanunla nəzərdə tutulmuş bütün hüquqları
özündə saxlayır" deyib.
Xatırladaq
ki, Qırğızıstanda 10 gün içində hakimiyyət dəyişyib. 5 oktyabrda Bişkekdə
parlament seçkilərinin nəticələrinə görə kütləvi etiraz başlayıb. Mitinq
iğtişaşlara çevrilib, lakin müxalifət hədəfinə çatıb: MSK səsvermənin nəticələrini
ləğv edib. Müxalifət tərəfdarları bir sıra inzibati binaları ələ keçirməyi
bacarıb, həbs koloniyasında olan Japarov və həbsdə olan keçmiş prezident
Almazbek Atambayev sərbəst buraxılıb. Sadiq Japarov Kuratbek Boronovun yerinə
baş nazir olub.
Etirazçılar
və təhlükəsizlik rəsmiləri arasında yeni toqquşmaların qarşısını almaq üçün
Bişkekə qoşunlar gətirilib, lakin hakimiyyətin əleyhdarları "əsas şey” -
Jeenbekovun istefası üzərində israr etməyə davam ediblər. Nəticə olaraq,
prezident gedişinin qan tökülməsinin qarşısını ala biləcəyinə razı olub və
oktyabrın 15-də istefa verib. Qanuna görə, prezidentin səlahiyyətləri müvəqqəti
olaraq parlament sədrinə keçməli olsa da, müxalifət Japarovun namizədliyini irəli
sürüb.
Alpər
Şərhlər