Xəbər lenti

Xalq.az 5 yaşında
Ölkə07:42 28.06.2018

Xalq.az 5 yaşında

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xalq.az saytının 5 yaşı tamam olur.
Qaynarinfo xəbər verir ki, xəbər portalı 2013-cü ildən fəaliyyətə başlayıb.
Saytın baş redaktoru, Zaur Mirzə-zadə bildirib ki, Xalq.az ölkənin aparıcı media orqanlarından birinə çevrilib:
"İnternet mediasının sürətlə inkişaf etdiyi bir zamanda Xalq.az saytı ötən 5 ildə Azərbaycan internet məkanında özünə yer etməklə yanaşı, hazırda populyar xəbər resurslarından biri ünvanını qoruyub saxlayır. Ölkəmizdə hər bir sahədə olduğu kimi  bü gün müstəqil mətbuatımızda öz inkişaf mərhələsini yaşayır. Xalq.az saytında Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, habelə dünyada baş verən maraqlı xəbərlər oxuculara çatdırılır. Bundan başqa, saytda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. Xalq.az saytı qısa bir müddətdə geniş oxucu kütləsinin rəğbətini qazanıb və ölkənin aparıcı media orqanlarından birinə çevrilib. Artıq 5 ildir ki, ölkənin bir sıra tanınmış imzaları - siyasi xadimlər, müstəqil siyasi şərhçilər, jurnalistlər Xalq.az-la əməkdaşlıq edir".
Qeyd edək ki, artıq Zaur Mirzə-zadənin təsisçiliyi ilə rusdilli oxucular üçün Bakutime.az xəbər portalıda fəaliyyət göstərir.