Xəbər lenti

"Xalqı öz liderinin ətrafında birləşərək bütün dünyaya öz gücünü nümayiş etdirdi"
Siyasət12:45 07.11.2022

"Xalqı öz liderinin ətrafında birləşərək bütün dünyaya öz gücünü nümayiş etdirdi"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"44 gün davam Vətən müharibəsi tariximizin ən parlaq səhifəsidir, Azərbaycan xalqının iftixar və qürur mənbəyidir. Tarixin bir çağının yeni bir çağ ilə əvəzolunmasıdır. Bu savaş "Qisas Qiyamatə qalmaz” uğrunda olan bir savaş idi. Bu savaşda Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi”. 
Bu sözləri Qaynarinfo-ya Milli Məclisin deputatı Məlahət İbrahimqızı 44 günlük Vətən müharibəsi haqqında danışarkən deyib. 
"Güclü sərkərdəsin olan əsgər yenilməz deyərlər. Elə də oldu. Bütün dünyanın əlli ən böyük ordulardan biri olan Azərbaycan Ordusu, yenilməz Ali Baş Kamandanı ilə dünyanın gündəmi oldu. Möhtərəm Prezidentimiz İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə olmadı. O, həm də diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya savaşında Azərbaycanın hayqıran haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə və təhdidlərə sinə gərdi, mövqeyindən dönmədi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi”, deyə Məlahət İbrahimqızı bildirib.
Deputat qeyd edib ki, sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib:
"Prezident İlham Əliyev əzmkarlığı və dəyişməz siyasi iradəsilə, ölkəyə rəhbərlik etdiyi 17 ildə həyata keçirdiyi siyasətlə Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdi. Əslində isə bu münaqişə azərbaycanlılara və türklərə qarşı planlaşdırılmış üçyüz illik projenin darmadağın edilməsi idi. Ərazi bütövlüyümüzün birmənalı olaraq təsdiq edildi”.
Məlahət İbrahimqızı onu da əlavə edib ki, Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün edib, Ermənistanın hərbi kaputilyasiyasına nail olub:
"Bəşəriyyətə haqqın, ədalətin böyük dövlətlərin tapdağından qurtara biləcək bir dövlətin - Azərbaycanın var olduğunu sübut etdik. Bu ədaləti 44 gün ərzində yazan Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları, bütün Türkiyə xalqı bir yumruq kimi birləşərək təkcə Ermənistanın yox, bütövlükdə haqsız güclərin üstünə getdi və sübut etdi ki, haqq yolunda, ədalətin, ərazi bütövlüyümüzün bərpası uğurunda vuruşuruq. 10 noyabrda Müzəffər Azərbaycan Ordusu cəmi 44 günə hərbi yolla 28 il düşmən torpağında inləyən vətən torpaqlarını işğaldan azad etdi. 44 gündə müzəffər Azərbaycan Ordusu dünyaya sübut etdi ki, döyüş meydanında zəfəri tanklarla, toplarla deyil, ağılla, zəkayla və bir də insan zehninin ən son nailiyyəti olan PUA-larla qazanmaq olar”. 
Deputat əlavə edib ki, Şuşa qalasının alınması əməliyyatı isə tamam başqadır. Prezident İlham Əliyev heç vaxt unudulmayacaq xalqa müraciətində bildirdi ki, Şuşanın azad edilməsi dünya hərb tarixində xüsusi yer tutatacaq:
"Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi. Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaq. Çünki bu əməliyyatı bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək yalnız yüngül silahlarla silahlanmış şəkildə azad ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı qələbəmizdir". 
Məlahət İbrahim qızı bildirib ki, bu müharibədə Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi. Düşmənin 30 il ərzində qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi, müzəffər ordumuzun tətbiq etdiyi savaş strategiyası müasir hərb tarixinə yeni örnək oldu:
"8 noyabr 2020-ci il Ali Baş Komandan və şanlı Azərbaycan əsgərinin yazdığı görkəmli tarix, 28 illik həsrəti 44 gün müddətində bitirən müzəffər ordu. Bu müddət ərzində millətimiz daim vətən həsrəti, sevgisini ürəyində daşıdı, cənab İlham Əliyevə arxalandı və qələbə qazandı. Liderimiz daim çıxışlarında "Biz Qarabağımıza qayıdacağıq, Qarabağ tarixi Azərbaycan torpağıdır" deyirdi. O, ulu öndər Heydər Əliyevə və xalqına verdiyi sözləri tutdu. Ata vəsiyyətini yerinə yetirdi. Ordumuza, eləcə də möhkəm iradəli xalqına inanaraq zəfər qazandı. Bu zəfər asan başa gəlmədi. Daim danışıqlara üstünlük verən dövlətimiz, öz hünərini döyüş meydanında da göstərdi. Bu müddət ərzində digər dövlətlər təzyiq göstərməyə, bəzi sanksiyalar tətbiq etməyə çalışsalar da Azərbaycanımızın üstünlüyünü qəbul etməyə məcbur oldular”
Deputat onu da qeyd edib ki, Ali Baş Komandan həm də həyatını Azərbaycana həsr edən, "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” deyən Ulu Öndərin arzusunu reallaşdırdı: 
"Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”.
O bildirib ki, bu böyük qələbə eyni zamanda Azərbaycan xalqını dünyaya qürurlu xalq kimi tanıtdı: 
"Dağlıq Qarabağ Azərbaycan torpağı, beynəlxalq səviyyədə tanınan ərazimiz olmaqla yanaşı, ədalət məsələsidir, Azərbaycanın milli qürur məsələsidir”,-deyən Prezidentimizə olan inamı, sevgini birə beş artırdı".
Günay İlqarqızı