Xəbər lenti

Xamenei Trampın qanlı fotosunu paylaşdı (FOTO)
Dünya19:59 09.01.2020

Xamenei Trampın qanlı fotosunu paylaşdı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İranın ali dini lideri Əli Xameneinin veb səhifəsi ABŞ Prezidenti Donald Trampın üzünə "qanlı sillə” vurulmuş fotoşəkil yayımlayıb.
Qaynarinfo Teleqraf.com-a istinadən xəbər verir ki, fotoya "Hərbi əməliyyat kifayət deyil, ABŞ-ın varlığına son qoyulmalıdır” qeydi yazılıb.
Saytda eləcə də Hameneyinin fikirləri yer alıb:
"ABŞ bölgəyə müharibə, anlaşılmazlıq, dağıntılar gətirdi, region ölkələri və xalqları ABŞ-ın varlığını rədd edir. ABŞ-a ağır zərbə vurduq, lakin Süleymaninin intiqamı başqa bir mövzudur”.
Xatırladaq ki, dini lider ABŞ-ın üzünə sillə vurduqlarını bəyan etmişdi.