Xəbər lenti

Xanəndə Səidə Sultana cavab verdi: “Bunu anlaya bilmirəm...”
Maqazin08:20 05.04.2022

Xanəndə Səidə Sultana cavab verdi: “Bunu anlaya bilmirəm...”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Muğam ifaçıları hər zaman örnək olublar”.
Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist, xanəndə Almaz Orucova müğənni Səidə Sultanın qadın xanəndələrin ünvanına səsləndirdiyi sərt ifadələrə aydınlıq gətirərkən deyib. O bildirib ki, xanəndələr təkcə ifaları ilə deyil, eyni zamanda tərbiyələri, əqidələri də seçiliblər:
"Geyimin yaşam tərzinə nə aidiyyatı? Səidə xanım necə istəyirsə, elə də yaşayır. İnsan arzuladığı kimi deyil, bacardığı kimi yaşayır. Muğam ifacıları niyə gözəl yaşamamalıdır ki? Niyə yaşamlı deyillər ki? Bunu anlaya bilmirəm, layiqdirlər ki, gözəl də yaşayırlar. Muğam ifaçıları milli geyimdə, əllərində də dəf olmalıdır. Hər kəsin bir düşüncə təzri var”.
Qeyd edək ki, müğənni Səidə Sultan qadın xanəndələrin ünvanına sərt ifadələr işlədib: 
"Mən sözümü muğam oxuyan o qızlara demişəm: uzun geyinir, əllərində dəf, məndən yaxşı yaşayırlar. Elə şeylər yaşayırlar ki, heç mən onun bir faizini yaşamamışam. Onlara dedim ki, abırdan danışırsınızsa, hərə öz yaşayışına baxsın”.
Bahar Rüstəmli