Xəbər lenti

Xankəndidə Azərbaycanşünaslıq Mərkəzi açıldı (FOTO)
Siyasət22:09 02.11.2021

Xankəndidə Azərbaycanşünaslıq Mərkəzi açıldı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xankəndidə ilk Azərbaycanşünaslıq Mərkəzinin açılışı olub.
Axar.az erməni mediasına istinadla xəbər verir ki, Karo Karapetyanın adına olan mərkəz lazımi texnika və avadanlıqla təmin edilib.
Mərkəz Qarabağ Universitetinin binasında yerləşir.
Azərbaycanşünaslıq Mərkəzi "Genesis Armenia” fondunun təşəbbüsü ilə yaradılıb. Təşəbbüs Karapetyanın xanımı və oğlu, o cümlədən fondun dəstəyi ilə ərsəyə gəlib.
İlk mərhələdə burada Azərbaycan dili pulsuz öyrədiləcək.
Layihənin hədəfi kimi isə Azərbaycan dilində danışmağı bacaran, "milli və dövləti maraqları” qoruyan kadrlar hazırlamaqdır.
Xəbərdə o da qeyd edilib ki, mərkəzdə hazırlanan kadrlar Azərbaycana qarşı informasiya savaşında iştirak edəcəklər.