Xəbər lenti

Xankəndidə kafe yanıb - Xəsarət alanlar var
Ölkə 21:39 23.07.2026

Xankəndidə kafe yanıb - Xəsarət alanlar var

Xankəndi şəhərində yerləşən kafelərdən birində yanğın baş verib.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, yanğın zamanı kafedə köməksiz vəziyyətdə qalan iki nəfər hadisə yerinə cəlb olunan yanğınsöndürənlər tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Yanıq xəsarətləri alan hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Yanğın söndürülüb, faktla bağlı araşdırma aparılır.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->