Xəbər lenti

Xanım şöbə müdiri təyin edildi
Ölkə08:35 07.10.2021

Xanım şöbə müdiri təyin edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Salyan Rayon Təhsil Şöbəsində kadr dəyişikliyi olub. 
"Report”un məlumatına görə, Salyan Rayon Təhsil Şöbəsinin müdiri, 1956-cı il təvəllüdlü Piriyev Xudaverdi Əliyusif oğlu öz ərizəsi ilə vəzifəsindən azad edilib.
Həmin vəzifəyə 1973-cü il təvəllüdlü Dadaşova Razıgül Müseyib qızı təyin olunub.
Qeyd edək ki, X.Piriyev 5 ildən artıq idi Salyan Rayon Təhsil Şöbəsinə rəhbərlik edirdi.
R.Dadaşova isə bundan öncə Salyan rayon Peşə liseyinin direktoru vəzifəsində çalışıb.