Xəbər lenti

Xaricdə baş verən erməni vandalizminə millət vəkilindən münasibət
Siyasət10:16 24.07.2020

Xaricdə baş verən erməni vandalizminə millət vəkilindən münasibət

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Hər bir addım qanun çərçivəsində atılmalıdır".
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib. Onun sözlərinə görə, hansı ölkələrdə ki bizim səfirliklərimiz var, səfirlikləri və onların vətəndaşlarının, eyni zamanda diplomatik korpusun hərtərəfli qorunması, təhlükəsizliyi ilə  bağlı müqavilələr var:
"Düşünürəm ki, ilk növbədə həmin dövlətlərin Azərbaycanda yerləşən səfirliklərinə müraciətlər olunmalıdır. Bu müraciətlərin əsasında da onlar qanuni şəkildə proseslərə müdaxilə edib, kimin nə dərəcədə qanun pozuntusu etdiyini araşdırmalı, müvafiq cəzalar verilməlidir".
Deputat qeyd edib ki, hər bir vətəndaş yaşadığı dövlətin qanunlarına uyğun olaraq qorunmalıdır:
"Düşünürəm ki, hər bir ölkədə oranın vətəndaşı olanlar da var, miqrant statusu ilə yaşayanlar da. Bunların hamısı həmin dövlətlərin qanunları ilə tənzimlənməlidir".
Bahar Rüstəmli