Xəbər lenti

Xaricdə təhsil üzrə məsləhət mərkəzi yaradıldı
Ölkə09:07 19.11.2013

Xaricdə təhsil üzrə məsləhət mərkəzi yaradıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Avropa Hərəkatı yeni mərkəz yaradıb. Bu barədə Qaynar.info-ya hərəkatın mətbuat xidmətindən daxil olan məlumatda deyilir:

"Son illərdə Azərbaycan gənclərinin Qərb ölkələrində təhsil almaq istəyi sevindirici haldır. Biz - Azərbaycan Avropa Hərəkatı olaraq avrointeqrasiya istiqamətində təhsil və mübadilə proqramlarında Azərbaycan vətəndaşlarının aktiv iştirakını dəstəkləməkdəyik.

Bu istiqamətdə müxtəlif yerli və beynəlxalq qurumların təşviqatı təqdir olunandır. Lakin təəssüflə qeyd etmək istərdik ki, xaricdə təhsil adı ilə məşğul olan qurumların böyük əksəriyyəti Azərbaycan vətəndaşlarını aldatmaqdadır. Bizə daxil olan şikayətlərdən, sosial şəbəkə və KİV-lərdə yayılan məlumatlardan məlum olub ki, bu kimi şirkətlər vətəndaşlara şirnikləndirici qiymətlər təqdim edərək, onları öz qurbanlarına çevirirlər.  Bütün bunları nəzərə alaraq Azərbaycan Avropa Hərəkatı bu istiqamətdə monitorinq həyata keçirib. Keçirilən monitorinq nəticəsində məlum olub ki, müxtəlif şirkətlər vətəndaşlardan vəsait toplayaraq sonradan fəaliyyətini dayandırması, vətəndaşla aralarında olan müqaviləyə özlərini sonradan sığortalayacaq bəndlər əlavə edərək vəsaitin bir qismini mənimsəməsi, öncədən təqdim olunan qiymətlərin sonradan dəyişdirilməsi, xidmət səviyyəsinin aşağı olması,  təhsil müəssisəsinə göndərilən tələbələrin sonrakı aqibəti ilə maraqlanmama, tələbələri göndərdikləri ölkədə sığınacaq və işlə təmin olunacaqlarına dair aldadıcı vədlər vermələri, Xaricdə Dövlət Təhsil Proqramı və digər donorlar vasitəsi ilə təqaüdlərin ayrılması öhdəliyini  üzərilərinə götürmələri halları aşkarlanıb.

Bu hallar Azərbaycan gənclərinin Avropada təhsil imkanlarını, qərb təhsilinə olan maraqlarını, bu istiqamətdə atmış olduqları addımın uğursuzluğu nəticəsindən yaranmış bədbinliklə müşayiət olunur. Bütün sadalananları əsas alaraq Azərbaycan Avropa Hərəkatı vətəndaşlar üçün qərb ölkələrində təhsillə bağlı pulsuz konsultasiya təşkil etməyi qərara alıb. Hər bir gənc qərb təhsilinə yiyələnmək və sığortalı şəkildə bu prosesin reallaşması üçün Azərbaycan Avropa Hərəkatı tərəfindən yaradılmış konsultasiya mərkəzinin imkanlarından istifadə edə bilər.   

Konsultasiya mərkəzindən yararlanmaq istəyənlər [email protected] elektron poçtu və https://www.facebook.com/azeuromove səhifəsi vasitəsi mərkəzlə əlaqə saxlaya bilərlər".   

Qaynar.info