Xəbər lenti

Xarici borclanma hansı təhlükələri yaradır? - ŞƏRH
Ekonomiks10:11 05.12.2016

Xarici borclanma hansı təhlükələri yaradır? - ŞƏRH

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Maliyyə Nazirliyindən verilən məlumata görə, 01 oktyabr 2016-cı il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 7 mlrd. 650,7 mln. ABŞ dolları olub. Xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 20,1% təşkil edib. Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.  Hazırda bəzi sahələrdə müyyən xərclərin qarşılanması ilə bağlı problemlər var. Ölkəyə yenidən kreditlərin cəlb edilməsinə ehtiyac duyulur. Bəs xarici borclanma gələcəkdə və hansı hallarda təhlükə yaradır?

Mövzu ilə bağlı Qaynarinfo.Az-a açıqlama verən iqtisadçı ekspert Qalib Toğrul qeyd edib ki, ümumiyyətlə xarici borclanma yaxşı bir şey deyil: 

"Hazırda Azərbaycanın xarici borcu 7 milyarda 650 milyon dollardır. Bu da ümum daxili məhsula nisbəti 20 faiz təşkil edir. Təhlükəli həddə deyil. Amma xarici borclanma o deməkdir ki, bu gələcək nəsillərin boynundadır. Vəsaitlərin düzgün və şəffaf istifadəsi müəyyən riskləri aşağı salır, səmərəlilik göstəricilərini yüksəldir. Amma çox təssüf ki bizdə belə deyil. "Azərenerji" və "Azərsu"-nun nümunəsində biz gördük ki, onlar dövlət zəmanəti ilə xeyli xarici borclanmaya gediblər. Lakin onların xərclənməsi ilə bağlı qeyri-şəffaf elementlər var". 

Ekspert bildirib ki, bütün hallarda ölkədə bank-maliyyə sisteminin dayanıqlı olması, pul siyasətinin düzgün həyata keçrilməsi xarici borclanmanın qarşısını alan bir amildir:"Təəssüf ki, indi bizdə vəsait çatışmazlığı var. Müəyyən xərclərin qarşılanması ilə bağlı problemlər var. Bundan da çıxış yolu da xaricdən kreditlərin alınması olur. Bəzi fikirlər olur ki, Fondda vəsaitlər olduğu halda biz xarici borclanmaya niyə gedirik? Bu da bir az mübahisəli məsələdir.Digər ölkələrdə bu fond stabilləşmə fondu kimi xarakterizə olunur. Onun vəsaitindən Fövqaladə hallarda, vacib hallarda istifadə olunur. Mən neft fondunun vəsaitindən istifadəni məqbul saymıram. Burda vəsaitlərin çox olması bizim iqtisadiyyatımız üçün qarantdır".

Qalib Toğrulun fikrincə xaricli borclanmanın əsas tələblərindən biri həmin pulun şəffaf və təyinatı üzrə xərclənməsi olur: 

"Bu xərclərlə bağlı mütəmadi hesabat olmayanda, orda korrupsiya və yeyinti faktları ortaya çıxır. Bu da gələcəkdə yaxşı nəticələrə səbəb olmur. Belə çıxır ki, biz xaricdən aldığımız vəsaiti boş yerə xərciliyirik.Bu da ayrı-ayrı adamların deyil, bütövlükdə xalqın ayağına yazılan borcudur".

Qafqaz Rafiqoğlu

Qaynarinfo.Az