İdman 15:25 10.05.2022

Xatirə turniri başa çatdı

Azərbaycan Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi, Əməkdar məşqçi, Beynəlxalq dərəcəli hakim Sara Sultanovanın xatirəsinə həsr olunan stolüstü tennis turnir başa çatıb.
 
Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə təşkil etdiyi yarışda veteran idmançılar bacarıqlarını göstəriblər. Gərgin və maraqlı mübarizənin nəticələrini təqdim edirik.
 
Qadınlar: 
 
1. Eminova Billurə
2. Əliyeva Rüfət
3. Qiyasova Xəyalə
 
Kişilər:
 
40-49 yaş 
 
1. Mikayılov Zaur
2. Səmədov Mehman
3. Cəbiyev Mahir
 
50-59 yaş
 
1.Həsənov Məzahir
2.Həsənov Samir
3.Heydəri Əli
 
60 yaş və yuxarı
 
1.Agayev İlham
2.Musayev Valeh
3.Heydərli Əsgərqulu
 
Qoşa
 
1.Huseynov Rəhim-Heyderi Əli
2.Eminova Billurə -Qiyasova Xəyalə
3.Mikayilov Zaur-Heydərov Səxavət
 
Turnirin qalibləri Azərbaycan Stolüstü Tennis Federasiyası tərəfindən mükafatlandırılıb.

"Şüa” idman kompleksində keçirilən turnirin əsas məqsədi veteran idmançıların sağlamlığının möhkəmləndirilməsi, fəal həyata cəlb edilməsi, idman ustalığının qorunub saxlanılması və stolüstü tennisin geniş kütlə arasında təbliğidir.
 
Səbuhi Həsənov