Xəbər lenti

Xəbər üyüdən yeni sayt - “Dəyirman”
Ölkə05:46 04.04.2014

Xəbər üyüdən yeni sayt - “Dəyirman”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan və dünya xəbərlərini bir yerə toplayan sayt açılıb. 

“Xəbər üyüdürük” sloqanı ilə öz işini anladan elektron xəbər mərkəzi “Dəyirman” adlanır.

Saytın direktoru Vüqar Babanın Qaynar.info-ya verdiyi məlumata görə,  100-ə yaxın yerli, 80-ə yaxın 5 dildə olan xarici  xəbər portalları anbaan jurnalistlər tərəfindən izlənilir, ən vacib xəbərlər seçilərək dərhal tərcümə və redaktə olunub mənbəyə istinadən “Dəyirman”da yerləşdirilir. Onun sözlərinə görə, xəbərlər seçərkən və işlənilib oxucuya təqdim olunarkən beynəlxalq jurnalistika standartlarına sərt şəkildə əməl olunur: “Əsas məqsəd xəbəri dəqiq, yığcam və aydın şəkildə oxucuya çatdırmaqddır”.

Sayta həm “.com”, həm də  “.az” domeinləri (sayt sonluqları) ilə daxil olmaq mümkündür (www.deyirman.com və www.deyirman.az).

Qaynar.info