Xədicə İsmayılın işi üzrə məhkəmə istintaqı başa çatıb. Prokuror çıxış üçün avqustun 21-dək vaxt istəyib.
Məhkəmə prosesi sabah saat 11-də davam edəcək.
***
Avqustun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə Xədicə İsmayılıovanın cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Bugünki iclasda Bakı Vergilər Departamentinin müfəttişi İmran Nurməmmədov ifadə verməlidir. O, avqustun 19-da ifadə verməyə başlasa da, iş günü bitdiyindən dindirilmə yarımçıq saxlanılmışdı.
Vergi Departamentinin əməkdaşları müdafiə tərəfinin vəsatəti əsasında dindirilir.
Məhkəmə yenə yarıqapalı şəkildə davam edir. Müstəqil jurnalistlər məhkəmə zalına buraxılmayıblar.
Diplomatik nümayəndəlikdən Böyük Britaniyanın və Avropa İttifaqının nümayəndələri zala buraxılmayıb.//azadliq.info
Qaynar.info