
Bu gün Bakı Apelyasiya Məhkəməsində həbsdə olan jurnalist Xədicə İsmayıla verilən pul cəzası ilə bağlı apelyasiya şikayətinə baxılıb.
Lent.az-ın məlumatına görə, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə “bayraqdar” ləqəbli Elman Türkoğlu və onun nümayəndəsi prosesdə iştirak etmədiyi üçün təqsirləndirilən tərəf prosesin təxirə salınmasını istəyib.
Apelyasiya şikayəti aprelin 28-nə təxirə salınıb. Qeyd edək ki, Elman Məmmədov (Türkoğlu) şərəf və ləyaqətinin jurnalist Xədicə İsmayıl tərəfindən təhqir olunduğu ilə bağlı məhkəməyə müraciət edib. X. İsmayılovaya Cinayət Məcələsinin 147-ci maddəsi ilə cinayət işi başlanıb.
Birinci instansiya məhkəsi jurnalist Xədicə İsmayıla 2500 manat cərimə təyin edib.
Jurnalist qərardan apelyasiya şikayəti verib.
Qaynar.info