Xeyli vaxtdır xərçəng olan Türkiyənin tanınmış aktrisası Canan Ergüder sosial şəbəkədə yeni fotosunu paylaşıb.
Xəstəlik səbəbindən uzun sarı saçları tökülən aktrisa bu dəfə tünd rəngdə parikdən istifadə edib.
O, paylaşımına "Alışmadığım rənglərlə tanış olduğum üçün çox xoşbəxtəm" qısa şərhi ilə hislərini bölüşüb.
Qeyd edək ki, sənətçi son olaraq "Menajerimi ara” serialında rol alıb. Aktrisa xəstələyinə görə ekran işindən ayrılmaq məcburiyyətində qalmışdı. /Lent.az