Xəbər lenti

Xəzər TV-də kadr dəyişikliyi olub
Ölkə10:09 07.02.2014

Xəzər TV-də kadr dəyişikliyi olub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Xəzər” Televiziyasında dəyişiklik olub.

“Qafqazinfo”ya daxil olan məlumata görə, Xəzər TV-nin Xəbərlər departamentinin (Xəzərxəbər) şef - redaktoru Nəcəf Həsənov vəzifəsindən azad olunub.

Bir neçə ildir Xəzər TV-nin əsas simalarından sayılan N. Həsənovu Natiq Pənahlı əvəz edib.

Qeyd edək ki, Natiq Pənahlı bundan əvvəl Qafqaz Universitetində işləyib.

Xəzər TV-nin sözçüsü Aqşin Kamal "Qafqazinfo" ilə əlaqə saxlayaraq, Nəcəf Həsənovun işdən azad olunmasına münasibət bildirib. Onun sözlərinə görə, Nəcəf Həsənov şef - redaktor vəzifəsindən çıxarılsa da, yenə də Xəzər TV-nin işçisidir:

"Nəcəf Həsnəov Xəzər TV-də "Sərhəddən kənar" adlı proqramın aparıcısıdır və bu səbəbdən tez-tez xarici səfərlərdə olur. Bu isə ona vəzifəsini yerinə yetirməyə mane olurdu. Buna görə o, Xəzərxəbərin şef - redaktoru vəzifəsindən azad olunub. Qeyd etdiyiniz kimi, onu Natiq Pənahlı əvəzləyib".

Qaynar.info