Xəbər lenti

Xəzərdə 2,6 trilyon ehtiyatımız var (RƏSMİ)
Ekonomiks13:55 12.03.2022

Xəzərdə 2,6 trilyon ehtiyatımız var (RƏSMİ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın Cənub Qaz Dəhlizinin genişlənməsinə dair uzun uzunmüddətli planı mövcuddur.
Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov Antalya Diplomatiya Forumunda panel müzakirələrdə deyib.
Nazir qeyd edib ki, Azərbaycanın qardaş ölkə Türkiyə və Avropanın qazla təmin etməyə qadirdir.
"Azərbaycanın nəhəng qaz ehtiyatları var. Xəzər dənizindəki yataqlarımızda 2,6 trilyon ehtiyatımız var. Bu özümüzü, Türkiyəni və Avropanı uzun zaman boyunca qaz ilə təmin etmək üçün yetərlidir”.
Nazir əlavə edib ki, Azərbaycan Türkiyə üçün qısa zamanda qaz nəqlinin həcmini artırmasını Avropa üçün də eyni qaydada edə bilməz, bunun üçün tərəflər danışıqlar aparmalıdırlar.//APA