Xəbər lenti

Xəzərin üstündən uçan rus təyyarələri İŞİD-in “paytaxt”ını bombaladı
Ölkə16:32 17.02.2017

Xəzərin üstündən uçan rus təyyarələri İŞİD-in “paytaxt”ını bombaladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyanın Tu-95MS tipli uzaq məsafəli nbombardmançıları İŞİD-in paytaxtı hesab edilən Rakka şəhərini qanadlı raketlərlə vurublar. Virtualaz.org TASS agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyindən bildiriblər.

Mənbəyə görə, İran və İraqın hava məkanlarından keçməklə Suriyaya daxil olan hərbi təyyarələr Х-101 qanadlı raketləri ilə Rakkaya zərbə endiriblər. Hədəf olaraq terrorçuların hərbi düşərgələri və İŞİD-in iri dəstələrindən birinin idarəetmə məntəqəsi olub. Bütün hədəflər uğurla vurulub.

Bombardmançıları Suriyanın Hmeymim aviabazasında yerləşən Su-30SM və Su-35S qırıcıları müşayiət ediblər.

Qaynarinfo.Az