Azərbaycan Xarici İşlər Nazirliyi Cənubi Osetiyada keçirilmiş qondarma "seçkilər”lə bağlı bəyanat yayıb.
Qaynarinfo xəbər verir ki, bəyanatda deyilir:
"Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Gürcüstanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü bir daha təsdiq edir və beynəlxalq hüququn kobud pozulması olan Cənubi Osetiyada keçirilmiş qondarma "seçkiləri” tanımır".