Xəbər lenti

XİN-də Ceyhun Bayramovun ilk vəzifəsi bu olacaq... - Politoloq
Siyasət07:54 17.07.2020

XİN-də Ceyhun Bayramovun ilk vəzifəsi bu olacaq... - Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ceyhun Bayramovun ilk vəzifəsi XİN-də ciddi sturuktur islahatları aparmaq olacaq".
Qaynarinfo xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu yeni təyin olunan Xarici İşlər naziri Ceyhun Bayramovdan danışarkən deyib. Onun fikrincə, Prezidentin Xarici İşlər nazirini XİN-dən təyin etməməsi doğru qərar idi:
"Prezidentin köməkçisi Hikmət Hacıyevin xarici işlər naziri təyin olunacağı proqnozlaşdırılırdı. Prezident Hikmət Hacıyevin fəaliyyətini yüksək qiymətləndirir, gün ərzində onunla daima görüşür, fikir mübadiləsi aparır. Bu baxımdan Hikmət Hacıyevin prezidentin yanında olması vacibdir.
Dövlət başçısının xarici işlər nazirini XİN-dən təyin etməməsi doğru qərar idi. Elmar Məmmədyarov nazir olduğu 15 ildə rəhbərlik etdiyi qurumu elə biabırcı vəziyyətə salıb ki, açığı, diplomatlardan kimsəyə etibar etmək olmaz. Ona görə də mövcud diplomatlardan biri də nazir postuna layiq deyil. XİN-də korrupsiyadan tutmuş vətənə xəyanətə qədər nələr desən var".
Politoloq qeyd edib ki, Xarici İşlər Nazirliyi qohumbazlıq məkanından qurtulmalıdır:
"Yeni nazir Ceyhun Bayramovun ilk vəzifəsi XİN-də ciddi sturuktur islahatları aparmaq olacaq. Dövlət başçısının da qeyd etdiyi kimi, XİN qohumbazlıq məkanından qurtulmalı, mühüm vəzifələrə millətini və dövlətini sevən, çalışmaq həvəsində olan kadrlar cəlb olunmalıdır".
Bahar Rüstəmli