Xəbər lenti

XİN: İrandakı edam prosesini səfirliyimizin iki əməkdaşı və vəkil müşahidə edib
Siyasət 16:03 21.05.2025

XİN: İrandakı edam prosesini səfirliyimizin iki əməkdaşı və vəkil müşahidə edib

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı 2023-cü il yanvarın 27-də terror hücumu həyata keçirmiş Yasin Hüseynzadənin edamının icra prosesini Azərbaycan səfirliyinin iki əməkdaşı və məhkəmə prosesində Azərbaycan tərəfindən təyin edilmiş vəkil müşahidə edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin terrorçuya qarşı edam hökmünün icrası ilə bağlı şərhində deyilir.

O xatırladıb ki, hücum zamanı səfirliyin bir əməkdaşı qətlə yetirilmiş, iki əməkdaşı isə yaralanıb. 

"Sözügedən terror aktını həyata keçirmiş şəxsin ən ağır şəkildə cəzalandırılması Azərbaycanın İran tərəfindən əsas gözləntiləri sırasında idi. Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına uyğun olaraq, diplomatik missiyalarımızın təhlükəsizliyinin təmin olunması və bu qəbildən əməllərin qarşısının alınması istiqamətində yerləşmə ölkəsi tərəfindən müvafiq tədbirlərin görülməsi hər zaman əhəmiyyət kəsb edir. Qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran əlaqələrinin inkişafı istiqamətində birgə səylərin davam etdirilməsini vacib hesab edirik", - şərhdə deyilir.  

Qeyd edək ki, Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən Yasin Hüseynzadə ilə bağlı məhkəmənin qərarı icra edilib. Qərar bu gün səhər saatlarında icra edilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->